“Ağıllı Fermer Təsərrüfatı” (SAF) layihəsi çərçivəsində daha bir seminar uğurla həyata keçirildi…

“Ağıllı Fermer Təsərrüfatı” (SAF) layihəsi çərçivəsində kənd təsərrüfatı istehsalında dəyər zənciri üzvləri olan fermer, istehsalçı, emalçı, ticarətçi və təchizatçılar (toxum, pestisid, gübrə və kənd təsərrüfatı avadanlıqları və s.) arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə dair 30 noyabr 2017-ci il tarixində Ağstafa rayonunda növbəti seminar uğurla həyata keçirildi.

Tədbirdə layihə çərçivəsində yaradılmış 3 istehsal qrupu, dəyər zənciri iştirakçıları, yerli icra nümayəndələri iştirak edib. Seminar prosesində dəyər zənciri üzvləri qarşılaşdıqları maneə və çətinliklərlə bağlı məhsuldar müzakirələr aparmış və bu çətinliklərin aradan qaldırılması üçün gələcək fəaliyyətlərini razılaşdırmışlar.

Tədbirin əsas proqramına GABA və SAF layihəsi haqqında təqdimat, dəyər zənciri və onun mahiyyəti ilə bağlı maarifləndirmə, dəyər zənciri üzrə araşdırmaların nəticələri və mövcud problemlərin analizi daxil edilib. Daha sonra tədbir iştirakçılarına layihə çərçivəsində təqdim olunan aqromarket.az portalı, “6030” aqrar qaynar xətti, Fermer TV və Fermer İnfo SMS xidməti, kənd təsərrüfatında innovasiyaların və İKT-nin tətbiqi haqqında geniş məlumat verilib.

Qeyd edək ki, “Ağıllı Fermer Təsərrüfatı” (SAF) layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilərək Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən icra edilir.

————————————————————————–

Another workshop was successfully conducted in the framework of Smart Azerbaijani Farm (SAF) project….

The workshop was conducted on 30 November 2017 in Agstafa district within the framework of “Smart Azerbaijani Farm” (SAF) project regarding the establishment and development of relationships among the value chain members such as farmers, producers, processors, traders and suppliers (seeds, pesticides, fertilizers and agricultural equipments etc.).

The event participants included 3 production group members established within the project framework, value chain members, representatives of local ExCom. The value chain representatives discussed the main obstacles and challenges encountered and agreed on joint future activities to eliminate those challenges.

The workshop program embraced GABA and SAF project presentation, the significance of value chain development, survey results conducted on the value chain and current problem analysis. Additionally, the workshop participants were broadly informed about aqromarket.az web portal introduced within the project framework, “6030” hotline and SMS extension services, Farmer TV, application of innovations and ICT in agriculture.

Please note that, “Smart Azerbaijani Farm” (SAF) project is carried out by Ganja Agribusiness Association (GABA) and funded by United States Agency for International Development (USAID).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *