AzEKTHF-nin yaradıcısı və aparıcı qüvvəsi olan Gəncə Aqrobiznes Assosasiyası 2001-ci ildən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM) üzvi seçilmişdir. Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının genişləndirilməsi və davamlı inkişafın təmin olunması üçün GABA aşağıdakı vəzifələrin yerinə yetirlməsini öz üzərinə götürmüşdür:

 

  • Qərb regionunda davamlı inkişafı təmin etmək məqsədilə yeni layihələrin işlənib hazırlanması;
  • Sosial-iqtisadi və ekoloji sahələrdə elmi-texniki əsaslandırma və müstəqil ekspertizanın yaradılması;
  • Kəndin sosial problemlərinin həlli və ətraf mühitin qorunması üçün xüsusi proqramların hazırlanması;
  • Ekoloji tədbirlərin keçirilməsi üçün bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və fondlarla əlaqələndirici işçi qrupların yaradılması;
  • Yeni texnika və texnologiyaların, növ və cinslərin regionda tətbiq olunması üçün nümayiş sahələrinin yaradılması;
  • Regionda torpaq münbitliyinin yüksəldilməsi və onlardan səmərəli istifadə olunmasına dair təlim, seminar və elmi-praktiki konfransların təşkili;
  • Regionda pərakəndə və xırda torpaq istifadəçiliyindən iri həcmli fermer birliklərinin yaradılmasına keçidin təşkili məqsədilə məsləhət xidmətləri ilə yanaşı xüsusi tədbirlər sisteminin işlənib hazırlanması.