Təşkilatımızda vaxtaşırı olaraq ekoloji təsərrüfatçılıq sistemini tətbiq edən və bu hərəkatın inkişafına hələ ilk vaxtlardan dəstək olan onlarla nümunəvi fermerlərimizi görmək olar. Bu fermerlər artıq keçid dövrünü başa vurmuş və məhsullarına ekoloji sertififikat almaq üçün serfifikatlaşdırma orqanı ilə əlaqə yaratmışlar.

 

Azərbaycanda ekoloji fermerçiliyin təbliği və regionlarda inkişafı ilə əlaqədar olaraq  bu fermerlər daimi bizimlə birgə təlim və seminarlarda iştirak edirlər, ekoloji təsərrüfatçılıqla bağlı vaxtaşırı olaraq televiziya verilişlərinə dəvət alırlar və eləcə də praktiki surətdə öz təsərrüfatlarında nümayiş günləri keçirərək ekoloji təsərrüfatçılığın genişlənməsinə dəstək verirlər. Onlarla tanış olun:

 

Nəriman Ələkbərov ekoloji təsərrüfatçılığa 2001-ci ildə keçmişdir. Təsərrüfatı Samux rayonunun Qarayeri qəsəbəsində yerləşir. Təsərrüfat bitkiçilik (üzüm, 40 meyvə) və heyvandarlıqla (ət süd) məşğuldur.

Zahid Əsgərov Goranboy rayonunda ekoloji təsərrüfatçılığın inkişafında müstəsna rolu olan fermerlərimizdən biridir. Ona məxsus “Əbil” fermer təsərrüfatı Nizami kəndində yerləşir. Burada ekoloji təmiz taxıl, meyvə, ət , süd və pendir istehsal edilir.

Haqverdi Hacıyev Goranboy rayonunda fəaliyyət göstərən ekofermerlərdən biridir. Onun təsərrüfatında əsasən bağçılıq (xirnik, narıngi, armud və şaftalı) və camışçılıq (ət, süd, qatıq, qaymaq) inkişaf etdirilir.

Vahid Rzayevin sahib olduğu “Ümid” kəndli fermer təsərrüfatı Bərdə rayonunda yerləşir. Hazırda təsərrüfatda 500 baş iri və xırda buynuzlu heyvan bəslənilir. Yem tələbatı təsərrüfatda becərilən yem bitkiləri hesabına ödənilir. Burada ekoloji təmiz süd və ət istehsal olunur.

Ramiz Şəfiyev Samux rayonunda ekoloji  təsərrüfatçılıqla məşğul olan nümunəvi fermerlərimizdən biridir. Onun təsərrüfatı Ağasıbəyli kəndində yerləşir və  burada əsasən heyvandarlıq məhsulları istehsal edilir. Bununla yanaşı təsərrüfatda yonca, taxıl  və  müxtəlif meyvələr becərilir.

 

Gəncə Aqrobiznes Assosiasiyasının məsləhət  xidmətinin əməkdaşları müntəzəm olaraq bu təsərrüfatlara səfərlər edir, ekoloji təsərrüfatçılıq üzrə zəruri məsləhətlər verirlər.