Effektiv biznes planlaşdırma bizim uğurumuz üçün əsasdır. Ona görə də, GABA fermer və sahibkarlara kənd təsərrüfatının istehsalı, emalı, xidmət sahələrini müxtəlif istiqamətləri üçün biznes planlar işləyib hazırlayır. Biznes plan bizə maliyyəni təmin etmək, səylərimizi prioritetləşdirmək və imkanları qiymətləndirməyə kömək edir. Eyni zamanda, biznes planı kiçik təsərrüfatın başlanğıc, rentabellik və inkişafı üçün bir yol xəritəsidir. Bu həm proses, həm də məhsuldur. Bir təsərrüfat üçün biznes planının yazılması zamanı biz müştəri iləb bağlı ümumi bir vizyon və missiya tərtib edirik. Müştərilərimizin qısa və uzunmüddətli hədəf məqsədlərini nəzərə alırıq və bu məqsədlərə nail olmaq üçün lazım olan addımları müəyyənləşdiririk.

Biznes plan bir neçə müxtəlif yolla tərtib olunur, lakin adətən aşağıdakı elementlərdən ibarət olur:

  • biznes konsepsiyanızın xülasəsi
  • biznes haqqında məlumat
  • təklif etdiyiniz məhsulların təsviri
  • marketinq planı
  • pul vəsaitlərinin hərəkətini, gəlir və xərclərini ehtiva edən maliyyə planı