Əsas məqsəd – Kredit xidmətləri göstərməklə kənd ərazilərinin sosial inkişafına nail olmaq.
Əhatə dairəsi – Azərbaycanın qərb və şimal-qərb rayonları.
Kredit subyektləri – Fiziki və hüquqi şəxslər, ailə təsərrüfatları, birgə debitorlar.

Kreditin məqsədi aşağıdakı sahələri əhatə edir:

∙  məhsul istehsalı;
∙  heyvandarlıq məhsulları istehsalı;
∙  aqrar-emal sahələri;
∙  kənd təsərrüfatı texnikası və avadanlığın alınması;
∙  Kənd təsərrüfatı mallarının istehsalçılarına göstərilən xidmətlər;
∙  kənd təsərrüfatı mallarının çatdırılması;
∙  kənd ərazilərində həyata keçiriləcək ticarət əməliyyatları.

Kreditin ömrü:

Qısa müddətli – borcun əsas məbləği üçün icazə müddəti  9 aydan (təqdim olunmuş layihənin xüsusiyyətini nəzərə alaraq)  24 aya qədər.
Uzun müddətli – borcun əsas məbləği üçün icazə müddəti  12 aydan (təqdim olunmuş layihənin xüsusiyyətini nəzərə alaraq) 60 aya qədər.

hpim4332