Kənd təsərrüfatı üzrə məsləhət xidməti mühüm bir sosial yenilikdir, əsrlər boyu yaradılmış, uyğunlaşdırılmış və inkişaf etdirilmiş kənd təsərrüfatı üzrə dəyişikliyə dair mühüm bir gücdür. Hal-hazırda kənd təsərrüfatı üzrə məsləhət xidməti modem əkinçiliyinə “giriş” kimi məlumat və məsləhətlərin ötürülməsi üçün vacib bir mexanizm kimi tanınır. GABA-nın ekoloji kənd təsərrüfatını təbliğ etmək, yerli və beynəlxalq bazarlarda çıxış və rəqabət qabiliyyətini asanlaşdırmaq ilə bağlı məqsədinə nəzərən, GABA orqanik standartlar və göstərilən xidmətlərə uyğun olaraq keyfiyyətə nəzarəti təmin edir.

Məsləhət xidmətinin məqsədi fermer və sahibkarların aqrar sahədə bilik və bacarıqlarının artırılması yolu ilə onların öz bizneslərini inkişaf etdirmələrinə dəstək verilməsidir. Məsləhətlər həm fərdi, həm də qrup şəklində həyata keçirilir. Məsləhət xidmətinə aqrar istehsalatın müxtəlif sahələrində (bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı iqtisadiyyatı, zərərvericilərə qarşı mübarizə, ekoloji təhsil, ətraf mühitin mühafizəsi və biomüxtəliflik və s.) məsləhət xidmətlərinin göstərilməsi, ekoloji kənd təsərrüfatında rəqabətə davamlı kənd təsərrüfatı müəssisələrinin inkişaf proqramlarının (təlim və seminarlar təşkil etməklə) hazırlanması, nümayiş tarlaları yaratmaqla yeni üsul və texnologiyaları ötürülməsi, təsərrüfatın inkişafı üçün biznes planların işlənib hazırlanması və s. daxildir. Xidmətlərimizdən bütün fiziki və hüquqi şəxslər təşkilata üzv olmaqla və məsləhət xidmətinə aid proseduralarla tanış olduqdan sonra müvafiq müqavilə bağlamaqla faydalana bilər.

Beləliklə, GABA fermerlərə məhsul istehsalı, heyvandarlıq və arıçılıq, kənd təsərrüfatı təchizatçıları, kənd təsərrüfatı məhsullarının iqtisadiyyatı və marketinqi, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri tərəfindən həftəlik hava proqnozu ilə bağlı qiymətli tövsiyələr əldə etməyə imkan verən “6030” Pulsuz Qaynar Xətti və SMS xidmətlərini yaratmışdır, eyni zamanda fermerlər bu xidmətlər vasitəsilə öz təsərrüfatlarını tərk etmədən təsərrüfatla bağlı problemlərini asanlıqla həll edə bilərlər.

dscn5166