Artıq dekabr ayı da gəldi. Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri də tərəvəz və meyvələri mövsümündə yeməkdir. Bu meyvə və tərəvəzləri dekabr ayında qida rasionumuzdan mümkün qədər əskik etməməliyik.

Tərəvəzlərdən balqabaq hələ də yeyilməkdədir. Yaxında mövsümü bitəcək buna görə də istər yeməklərdə, istərsə də şirniyyatlarda xüsusilə istifadə etməyiniz məsləhətdir. Kələm, gülkələm, qara kələm, ispanaq, yerkökü, kərəviz bu ay yeyilməsi vacib olan tərəvəzlərdəndir.

Meyvələrdən hərkəsin sevimlisi olan alma, naringi, portağal və narı yemək aralarında yeməyə çalışın edin. Armud, heyva və xurmanın da tam zamanıdır.

Yeməklərimizə ləzzət qatan şabalıd da qış aylarının əvəzolunmazlarındandır. Şabalıdı alarkən onun ağır, qabığına basdığınızda əzilməyən, qabığı parlaq və sağlam olanlardan seçməyə çalışın.

Hər şeydən öncə yediyiniz qidaların təbii, təmiz və sağlam olmasına diqqət edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *