“Ağıllı Fermer Təsərrüfatı” (SAF) layihəsi çərçivəsində kənd təsərrüfatı istehsalında dəyər zənciri iştirakçıları (təchizatçı, istehsalçı, emalçı, ticarətçi və maliyyə institutları) arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə dair 9 dekabr 2017-ci il tarixində Göygöl rayonunda növbəti interaktiv seminar həyata keçirildi.

Tədbirdə layihə çərçivəsində yaradılmış 3 istehsal qrupu, dəyər zənciri iştirakçıları, xüsusi dəvət olunmuş ekspertlər, yerli icra və bələdiyyə nümayəndələri də iştirak edib.

İnteraktiv seminar zamanı fermerlər, maliyyə institutlarının nümayəndələri və giləmeyvə üzrə ekspertlər arasında kreditlərin verilməsi, istehsalın sığortalanması və s. ilə bağlı qrup daxili maraqlı müzakirələr keçirilib. Beləliklə, seminar prosesində dəyər zənciri üzvləri qarşılaşdıqları maneə və çətinliklərlə bağlı məhsuldar müzakirələr aparıb və bu çətinliklərin aradan qaldırılması üçün gələcək fəaliyyətlər razılaşdırılıb.

Tədbirin əsas proqramına GABA və SAF layihəsi haqqında təqdimat, dəyər zənciri və onun mahiyyəti ilə bağlı maarifləndirmə, layihə çərçivəsində təqdim olunan aqromarket.az portalı, “6030” aqrar qaynar xətti, Fermer TV və Fermer İnfo SMS xidməti, kənd təsərrüfatında innovasiyaların və İKT-nin tətbiqi haqqında geniş məlumat daxil edilib.

Qeyd edək ki, “Ağıllı Fermer Təsərrüfatı” (SAF) layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilərək Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən icra edilir.

—————————————————————————–

Another workshop was successfully conducted in the framework of Smart Azerbaijani Farm (SAF) project….

The interactive workshop was conducted on December 9, 2017 in Goygol district within the framework of “Smart Azerbaijani Farm” (SAF) project regarding the establishment and development of relationships among the value chain participants such as suppliers, producers, processors, traders and financial institutions.

The event participants included 3 production group members established within the project framework, value chain participants, the invited experts paired with the representatives of local ExCom and municipalities.

During this interactive workshop effective group discussions were organised regarding the allocation of credits, production insurance etc. among the farmers, financial institutions representatives and invited berry experts. Thus the value chain representatives discussed the main obstacles and challenges encountered and agreed on joint future activities to eliminate those challenges.

The workshop program embraced GABA and SAF project presentation, the significance of value chain development, broad information about aqromarket.az web portal introduced within the project framework, “6030” hotline and SMS extension services, Farmer TV, application of innovations and ICT in agriculture.

Please note that, “Smart Azerbaijani Farm” (SAF) project is carried out by Ganja Agribusiness Association (GABA) and funded by United States Agency for International Development (USAID).

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *