Yaxşı məhsuldarlığı hər kəs arzu edir, lakin bunun üçün edilməli olan vacib məsələlər var ki, bugün fermerlərimiz bu baxımdan məlumatsızdırlar. Torpaq münbit, toxum keyfiyyətli olsa da bir gün suvarmanı gecikdirmək məhsuldarlığı 30%-ə qədər azalda bilər. Əgər əkində böyük müsbət dəyişiklik əldə etmək istəyirsinizsə, düzgün, nizamlı suvarma sisteminə keçməyiniz məsləhətdir. Burda digər riayət olunası məsələ isə suvarma növünü, veriləcək suyun vaxtını və miqdarını təyin etməlisiniz. Əks halda ya verdiyiniz gübrə yuyulacaq, ya bitkinin kökündə hava, su nisbəti pozulacaq, ya da ki, torpaqlarınız eroziyaya uğrayacaqdır.

Yekcins suvarma sistemi mövcud deyil, onlar fərqli olur. Bəziləri sizin üçün çox effektli nəticə verəcəyi halda, bir digərindən də az xeyir götürə biləcəksiniz. Bu sistemlərin təsir mexanizmi əkilən məhsuldan, torpağın quruluşundan, ərazinin ölçü və formasından həmçinin hava şəraitindən çox asılıdır.

Fermerlər arasında ən çox populyarlığa sahib suvarma sistemi çiləmə suvarma sistemidir. Çünki, həm qurulması və qulluğu asan, həm də bir çox bitkiyə və torpağa uyğun gələn üsul sayılır.

Hər bir çiləmə suvarma sistemi aşağıdakı detallardan ibarətdir:

• Nasos hissəsi – suyu mənbədən çəkib tələb olunan təzyiq tətbiq etməklə boruya ötürür
• Nəzarətçi baş hissə – Sistemdə su tələbatını və təziyiqi nizamlayır
• Əsas və köməkçi xətlər – suyun ötürülməsini təmin edən daimi və ya müvəqqəti borular
• Yan hissələr – suyu əsas və köməkçi xəttlərdən alıb səpici hissəyə ötürən borular
• Su çiləyicilər – suyu əraziyə səpən hissə
• Aksesuarlar – təzyiq requlyatoru, bağlayıcılar və s.

Çiləmə suvarma sisteminin əsas məqsədi əkin ərazisinə suyu bərabər miqdarda paylamaqdır. Bu səbəbdən, əgər fermer müsbət nəticə əldə etmək istəyirsə bəzi faktorlara diqqət yetirməlidir. Bunlardan ilki islatma mərkəzidir, yəni sistem qurularkən çiləyicilər islatma mərkəzləri bir-birinə üst-üstə düşəcək formada qurulmalıdır ki, 65% su çilənəcək bölgələr üst-üstə düşə bilsin. Bu da paralel olaraq çiləyicilər arasındakı maksimum məsafəni təyin edir. Digər vacib məsələisə əraziyə veriləcək suyun təxmini tətbiq miqdarıdır. Bu da, torpaq quruluşu, məhsulun növü və onun suya tələbatından asılı olaraq dəyişir. Çiləyicilərin damcı ölçüsü də bu işdə mühim rol oynayır. Belə ki,onun ölçüsü 0,5-4 mm arasında dəyişir. Bu proses verilən təzyiqdən asılıdır. Yüksək təzyiq xırda damlalara, aşağı təzyiq isə iri damlalara səbəb olur. Bu çiləyicilərin torpaqda hansı hündürlükdə salınması isə əkilən bitkinin növündən və suya tələbatından asılıdır.

Çiləmə suvarma sistemi qlobal qida problemlərinin həlli kimi böyük rol oynayır

Bütün fermerlər dərk edirlər ki, keyfiyyətli məhsul və uğurlu nəticə əldə etmək üçün düzgün suvarma sistemi yaradılmalıdır. Xüsusilə bu gün quraqlıq, donma, dolu və yüksək temperatur kimi ciddi iqlim dəyişiklikləri qida hasilinə təhlükəli təsirini göstərməktədir.

Bu səbəbdən fermerlər damlama suvarma sistemi kimi effektli olmasa da, bir çox ərazi və bitki növünə uyğun olan çiləmə sisteminə müraciət edirlər. Əlavə olaraq bu sistem yağışı xatırladan xüsusiyyətinə görə bitkiləri donmadan qoruyan bir nömrəli suvarma sistemi hesab olunur.

Suvarmadan əlavə bu sistemlər həm də dərmanlama və gübrələmə üçün də istifadə oluna bilir. Beləliklə, bir fermer öz ərazisində çiləmə suvarma sistemi qoşmaqla aşağıda qeyd olunanlara nail olur:

• Su, gübrə və pestisidlərin istifadəsini azaldır
• Torpağı erroziyadan qoruyur
• Torpaq verimliliyinə nəzarət edir
• Ümumi xərcləri azaldır
• Məhsul keyfiyyətini və kəmiyyətini artırır

Qeyd etmək lazımdır ki, çiləmə suvarma sistemləri mürrəkkəb olduğu qədər müəyyən limitlərə malikdir. Bunlardan ən vacibi küləyə qarşı həssaslıq və başlanğıc üçün yüksək miqdarda xərc hesab oluna bilər. Bu kimi digər limitlərə baxmayaraq günü-gündən inkişaf etdirilən çiləmə sistemləri sulama planı, su israfının tənzimlənməsi, yağış sensoru (yağışdan öncə və sonra suvarmanı dayandırır) və s. kimi əlavələrlə zənginləşdirilmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *